«Nardaran işi» üzrə oktyabrın 26-da keçirilən məhkəmə iclasında şahid qismində dindirilən və sonradan Sabunçu rayon Polis İdarəsinə aparılan Valeh Abbasov və Samir Babayev sərbəst buraxılıb. Lakin hər iki şəxsə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində işgəncə verilib. Saxlanılan şəxslər polis bölməsində onlara elektroşok verildiyini bildiriblər.
Axşam saatlarında sərbəst buraxılan Valeh Abbasov və Samir Babayevdən şənbə günü yenidən polisə gəlmələri tələb olunub.