2004-2005-ci illərdə Azərbaycan futbol yığmasına rəhbərlik etmiş Karlos Alberto Torres bu gün ürəktutmasından vəfat edib.
Karlos Alberto Torres 17 iyul 1944-cü ildə Rio-de-Janeyroda anadan olub. 1970-ci ildə Braziliya milli futbol komandasının heyətində dünya çempionu olub. O, yığmasının komandasının kapitanı idi.
Karlos Alberto Torres 20-ci əsr simvolik futbol yığmasının heyətinə daxil edilib. Bəzi mütəxəssislərin fikrincə, Karlos Alberto 1970-ci il dünya çempionatının final oyununda futbol tarixində ən yaxşı qola imza atıb.
O, Azərbaycan yığmasına dünya çempionatı 2006-nın seçim turniri dövründə başçılıq edib. Həmin seçim yarışlarında komandamız Uels, Şimali İrlandiya və Avstriya ilə heç-heçə oynayaraq 3 xal yığmışdı.