Paytaxt Bakıda bir neçə gündür yağan intensiv yağışlar bir sıra fəsadlara yol açıb.
Belə vəziyyətlərdən biri Bakının Xətai rayonunda yerləşən 48 saylı orta məktəbində yaşanıb. Əhmədli qəsəbəsində yerləşən məktəbin stadionunun bir hissəsi dünən axşam saatlarında topraq sürüşməsi nəticəsində uçulub. Torpaq sürüşməsi elektirik dirəyini də aşırıb.
Qeyd edək ki, sözügedən məktəb əsaslı təmir olunaraq, ötən tədris ilində istifadəyə verilmişdi.