… Bildiyiniz kimi sizlərin də yaxından tanıdığı, Azərbaycan demokratik ictimaiyyətinin görkəmli nümayəndələrindən olan, “Demokratik monitor” İctimai Birliyinin rəhbəri Fuad Həsənov ağır xəstələnib. Onun müalicəsi xarici ölkələrdə mümkündür və bunun üçün xeyli həcmdə maddi dəstək lazımdır. Özünün və yaxınlarının isə bu məbləği ödəmək imkanları çox məhduddur.
Fuad Həsənovun Avropa ölkələrindən birində müalicəsinə kömək məqsədilə onun da üzvü olduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şəffaflıq Təşəbbüsü çərçivəsində yaradılmış Çoxtərəfli Qrupda təmsil olunan Azərbaycan Dövlət Neft Şirkətinə rəsmi müraciət edib. Bir neçə gün öncə ARDNŞ Koalisiyanın müraciətinə cavab verərək vəziyyəti kritik həddə olan Fuad Həsənova maddi dəstək verməkdən imtina edib.
Fuad Həsənov
Çox maraqlıdır, doğurdanmı neft gəlirlərindən ölkəmizin əldə etdiyi milyardlardan bir nəfər ləyaqətli, vətənpərvər vətəndaş cəmiyyəti fəalının müalicəsinə pul düşmür? Necə ola bilir ki,
– SOCAR Atletko Madrid kimi xarici futbol komandlarına pul ayıra bilir;
– Futbol üzrə Avropa Çempionatına suponsorluq edir,
– Erməni kilsələrini qızdırmaq üçün pulsuz qaz verir;
– Avropada monastr təmirinə, park tikintisinə milyonlar sərf edir;
– Monteneqroda müəmmalı fiziki şəxslə kurort tikintisinə 200 milyon avro yatırır;
– Böhran dövründə özünə 335 milyon dollara başa gələn, 200 metr hündürlükdə ofis tikdirir, amma bir Azərbaycan övladının müalicəsinə yardımçı olmaqdan imtina edir. Sizcə bunun adı nədir?
Niyə neft gəlirlərindən əldə olunan gəlirlər mənasız layihələrə sərf olunub korrupsiyaya ugramalıdır? Niyə neft gəlirləri sadə, zəhmətkeş insanların, ölüm ayağında olan Vətən oğlanlarının müalicəsi üçün xərclənməməlidir?
SOCAR- ın Fuad Həsənovun timsalında ağır durumda olan tanınmış fəal ictimaiyyətçi, hüquq müdafiəçisinın müalicəsi ilə bağlı göstərdiyi etinasız, məsuliyyətsiz və qeyri- insani hərəkətinə hesab edirəm hamılıqla etiraz etməliyik.
Neft gəlirləri hamımızındır, bütün xalqındır. Bir qrup talançı, korrupsionerin yox!
Bu ölkəyə Fuad Həsənov kimi vətənini sevən, ziyalı insanlar lazımdır, xalqın sərvətlərini talan edən korrupsioner məmurlar yox!