AXCP sədri Əli Kərimli Almaniyanın Azərbaycandakı səfirinin müavini Paul Amannla görüşüb. Görüşdə Milli Şuranın 11 və 17 sentyabrda keçirdiyi “Monarxiyaya yox! Talana son!” mitinqləri, Konstitusiya dəyişiklikləri üçün qarşıdan gələn referendum, ölkədə mövcud olan siyasi məhbusların taleyi, Azərbaycan-Almaniya, o cümlədən Azərbaycan-Avropa Birliyi münasibətləri müzakirə olunub. Milli Şuranın 17 sentyabr mitinqinə hakimiyyətin yaratdığı maneələr, mitinqdən əvvəlki və sonrakı həbslər, onsuz da məhdud olan sərbəst toplaşmaq azadlığının ölkəmizdə tamamilə məhdudlaşdırılması ciddi müzakirə edilib.