Özbəkistan mətbuatı ölkə prezidenti İslam Kərimovun vəfat etməsi barədə məlumat yayıb. Məlumata görə, o bu gün günorta saatlarında dünyasını dəyişib.
Hələlik informasiya rəsmi hakimiyyət dairələrində öz təsdiqini tapmayıb.
78 yaşlı İslam Kərimov 27 il Özbəkistana rəhbərlik edib.