Bu igid oğlanın adı Elvindir. Bugün onun doğum günüdür. Onun yaşıdları universitet auditoriyalarında oturduğu bir anda Elvin bütün millət üçün zindan kamerasında günlərini keçirdir.
Mən Elvini onun anası Zülfiyyə xanımın çıxışından tanıyıram. Belə bir ana dünyaya zəif və qorxaq bir övlad gətirə bilməzdi. Belə gəncləri olan millətin nə torpağı düşmən tapdağında qalacaq, nə də bu millət zülmə tabe olacaq.
Elvin, dünyada, demək olar ki, bütün liderlər məhz sənin keçdiyin əzablı yolları keçirlər. Həyatında əzablı yol keçməyən lider heç vaxt lider ola bilmir. Sən universiteti boş ver, onsuz da orda bir şey öyrətmirlər. Sən əsl həyat məktəbini oxuyursan və inan mənə ki, gün gələcək səni ora salan insanlara həyat dərsi verəcəksən. Bu təbriki mənə yazdıran da məhz sənin qəhrəmanlığın və əyilməzliyindir.
Sənə həyatda sağlamlıq və bir də güclü inam arzulayıram. Həbsxanada yalnız bu iki nemət insana lazım olur. Bütün bunlar səni daha güclü etmək üçün baş verir. Möhkəm ol!