«AZADLIQ»ın RƏSƏDXANASI
QOÇ
Əməkdaşlıqda dürüst olun. Ulduzlar sadəliyi itirməməyə çağırır. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.
BUĞA
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı olacaq. Görüş və danışıqlar üçün sərfəli gündür.
Alış-veriş üçün uğurlu vaxtdır. Axşam saatlarını xoş məclisdə keçirin.
ƏKİZLƏR
Gördüyünüz işləri sona çatdırın. Yaxşı olar ki, əlavə işlərlə özünüzü yormayasınız. Boş vaxtınızı istirahətə sərf edin. Axşam saatları aktiv istirahətüçün münasibdir.
XƏRÇƏNG
Tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Yaradıcı işlər üçün sərfəli gündür. Günün ikinci yarısında əsas problemin həlli yolunu tapacaqsınız.
ŞİR
Yaxşı olar ki, bir işi yarımçıq qoyaraq başqasına başlamayasınız. Günün ikinci yarısında sərfəli məqamlardan istifadə etmək lazımdır. Ailə üzvləri ilə mübahisə etməyin, sərfəli məsləhətlərin faydasını görəcəksiniz.
QIZ
Günün ikinci yarısında harada səhv buraxdığınızı anlayacaqsınız. Məhsuldar əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Dəyişikliklər müsbət nəticələrini verəcək.
TƏRƏZİ
Düşünülmüş addım atın, tələsməyin. Gözlənilməz görüş mümkündür. Əlavə işdən boyun qaçırmayın. Uzaqdan xəbərlər gözlənilir. Ailə qarşısındakı öhdəlikləri yerinə yetirin.
ƏQRƏB
Gün dəyişikliklər vəd edir. Yeni həmfikir qazanmaq şansı var. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin. Bunun üçün ilk növbədə qida rasionunuzu nəzarətdə saxlayın.
OXATAN
Mövqelərinizi möhkəmlədin. Yeni işə başlamaq üçün əlverişli zamandır. Yaxın gələcəkdə faydalı əlaqələrin sayını artırın. Ulduzlara səhhətinizə fikir verməyi məsləhət bilir.
OĞLAQ
Əlavə işlər görmək mümkündür. Ünsiyyət çevrənizi genişləndirin. Günün ikinci yarısında dostlarla görüş ola bilər. Alış-veriş etmək üçün münasib gündür. Axşam saatlarında evdə istirahət edin.
DOLÇA
Işdə gərginlikdən qurtulmaq mümkün deyil. Problemli situasiyanın həlli üçün təzyiqlərə müqavimət göstərin.
Soyuqqanlı, səbrli və təmkinli olun.
BALIQLAR
Uzaq qohumla söhbət gözlənilir. Söhbət zamanı qarşı tərəfi sonadək dinləyin, kəmhövsələ olmayın. Yaxşı bacardığınız işi görün. Öhdəsindən gələ bilmədiyiniz işə girişməyin.