«AZADLIQ»ın RƏSƏDXANASI
QOÇ
Həmkarlarla münasibətinizin korlanmasına şərait yaratmayın.Məsuliyyətsiz olmayın, əks halda iş yerinizdə problemlər yaşanacaq. Müdriyyətlə aranızda fikir ayrılığı da istisna deyil.
BUĞA
Ailə-mənişət problemləri yaşanacaq. Təmkinli olun, əsəblərinizi cilovlayın. Işinizdə problemlər yaşanacaq. Pulunuza qənaət edin, israfçılıq etməyin.
ƏKİZLƏR
Bütün problemlərinizi ailə üzvlərinizlə birlikdə əll etməyə çalışın. Qənaət edin ki, pul toplayıb bir sıra məişət problemlərinizi yoluna qoya biləsiiz.
XƏRÇƏNG
Sevdiyiniz şəxslə aranızdakı münasibətlərə diqqət yetirin. Qarşı tərəfin küsməsinə şərait yaratmayın. Işdə sabit vəziyyəti qarışdırmaq istəyən olacaq. Dedi-qodulardan uzaq durun.
ŞİR
Səhhətinizə laqeyd yanaşmayın. Günün birinci yarısında vacib işlərinizi həll edin ki, işlərin gedişində ləngimələr yaşanmasın. Ətrafdakılarla mehriban və səmimi olun.
QIZ
Bu gün ev işləri görmək, xırda təmirlə məşğul olmaq üçün münasibdir. Yarımçıq qalmış işlərinizi tamamlayın. Bu günün işini sabaha qoymayın.
TƏRƏZİ
Bu gün əhatənizdəkilərin sizi anlamamasından gileylənəcəksiniz. Ulduzlar nikbin olmağa çağırır. Yaxşı olar ki, fikirlərinizi dağıdacaq bir məşğuliyyət tapasınız.
ƏQRƏB
Işgüzarlıq sferasında alacağınız təkliflərdən yararlanın ki, bir də belə fürsət əlinizə düşməyəcək. Idmanla məşğul olmaq, aktiv istirahət etmək üçün əlverişli gündür.
OXATAN
Özünüzdən razı olacağınız gündür. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Sizin yardımınıza etiyacı olanları diqqətdən kənarda qoymayın.
OĞLAQ
Təhsildə uğurlar gözlənilir. Mötəbər şəxslərdən əməkdaşlıq təklifi gələ bilər. Axşam saatlarında istirahət edin ki, sabahkı günə gümrah başlayasınız.
DOLÇA
Işinizdə diqqətli olun. Çalışın vaxtınızı səmərəli keçirin. Işlə bağlı təkliflər olacağı istisna deyil. Şəxsi müstəvidə vəziyyət sabit qalacaq.
BALIQLAR
Alış-veriş üçün də münasib gündür. Zövqünüzə əsəd aparanlarda tapılacaq. Işdə vəziyyət sabit olacaq. Axşam saatlarını sakitlikdə keçirin.