Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, Türkiyədə ölüm hökü bərpa edilsə, Avropa Birliyi bu ölkə ilə danışıqları dərhal dayandıracaq. Bu barədə Reuters məlumat yayıb. Onun sözlərinə görə, Avropa Birliyində ölüm hökmünün qanuniləşdiyi ölkəyə yer ola bilməz.
Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölüm hökmünün bərpasının mümkünlüyü barədə danışılır. Türkiyədə 1984-cü ildən ölüm hökü tətbiq edilmir.
azadlıq.info