AXCP Gənclər Komitəsi Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayev saxlanılaraq 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Onu Sumqayıt polisi iyulun 20-də saxlayıb. Lakin bu barədə onun ailəsinə və yaxınlarına məlumat verilməyib.
R.Qarayevin yoxa çıxdığı barədə AXCP-yə iyulun 21-də məlumat daxil olub. Bundan sonra partiyanın Sumqayıt şöbəsinin rəhbərliyi Polis Idarəsinin qarşısına gedərək, R.Qarayevin taleyi ilə maraqlanıblar. Bəlli olub ki, R.Qarayev Polis Idarəsində saxlanılır. Lakin onun niyə saxlandığı haqda yenə də məlumat verməyiblər.
Ruslan Qarayevə iyulun 20-də 20 sutka inzibati həbs cəzası verildiyini vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil R.Qarayevin niyə saxlandığını aydınlaşdırmağa cəhd göstərib. Lakin onu müdafiə etdiyi şəxslə görüşə buraxmayıblar. Saatlarla Sumqayıt Şəhər Idarəsi Polisinin qarşısında dayanan vəkilə rəisin yerində olmadığını və bu səbəbdən də ona görüş üçün izacə verilmədiyi deyilib: “Əvvəl içəri keçə bildim, sonra məni çıxardılar ki, rəis burda yoxdur. Ola bilsin işgəncə faktı var, ona görə də görüşə mane olurlar. Görünür iş vaxtının bitməsini gösləyirlər. 102 xidmətinə zəng etdim, ancaq heç bir nəticə yoxdur. Ombudsman Aparatına zəng edirəm, götürmürlər”.
DIN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq”a açıqlamasında məsələnin araşdırılacağını bildirib.
R.Qarayevin yoxa çıxdığı barədə AXCP-yə iyulun 21-də məlumat daxil olub. Bundan sonra partiyanın Sumqayıt şöbəsinin rəhbərliyi Polis İdarəsinin qarşısına gedərək, R.Qarayevin taleyi ilə maraqlanıblar. Bundan sonra bəlli olub ki, R.Qarayev Polis İdarəsində saxlanılır. Lakin onun niyə saxlandığı haqda yenə də məlumat verməyiblər.
Ruslan Qarayevə iyulun 20-də 20 sutka inzibati həbs cəzası verildiyini vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil R.Qarayevin niyə saxlandığını yaxın saatlarda aydınlaşdırmağa çalışacağını bildirib.