Bəzi məlumatlara görə, müxalifətçiləri həbs etməkdə davam edirlər. “İnterfaks”ın məlumatına görə, Azadlıq meydanında “Ayağa qalx, Ermənistan!” vətəndaş təşəbbüs qrupunun koordinatoru Andrias Qukasyanın və təşkilatın üzvü David Sanasaryanın həbs edildiyi xəbəri yayıldı. Onlar da meydanda mitinq keçirməyə təşəbbüs göstərib.
***
Ermənistan KİV-nin məlumatına görə, hüquq mühafizə orqanları Erebuniyə əlavə qüvvələr cəlb edib. Ora 50-60 polislə dolu iki avtobus və daha 3 yük maşını gəlib. Maraqlıdır ki, maşınlar biri zibil yığmaq üçün nəzərdə tutulub.
Məlumata görə, polis Erebunidəki olaya görə həbs etdiyi bütün müxalifət partiya və hərəkat üzvlərini azad edib. Saxlanılan şəxslər üsyana çağırış edirdi. Həmçinin Yerevanda Azadlıq meydanında mitinq təşkil etmək istəyən “Yeni Ermənistan” partiyasının üzvlərini də azad edib.
***
Ermənistan polisinin rəis müavini Unan Poqosyan silahlı qrup tərəfindən ələ keçirilmiş binaya Jirair Səfilyanın gətirilməsini xəbərini təkzib edib. Onun bəyan edib ki, polisin hələlik onu danışıqlara cəlb etmək planı yoxdur. O həmçinin binanın tutulması zamanı xısarət alanların durumu barədə də məlumat verib. Onlardan dördünün vəziyyəti ağırdır.
Poqosyan Yerevan hava limanının tutulması xəbərini də təkzib edib. O bildirib ki, hadisə yalnız bir binanın tutulmasından ibarətdir.
***
Yerevanda polis silahlı qrup tərəfindən ələ keçirilmiş binadan çıxan bir kişini saxlayıb.
“İnterfaks” bildirir ki, həmin şəxs polis bölməsinə aparılıb.
Onun şəxsiyyəti və nə üçün saxlandığı barədə məlumat verilmir.
Bu arada silahlı qrupun liderlərindən biri Varujan Avetisyan jurnalistlərlə əlaqə yaradaraq bildirib ki, onlar hələ də Jirayr Sefilyanın gətiriləcəyini gözləyirlər.
Avetisyan onu da təsdiqləyib ki, onlar səhər BTR-ə tərəf atəş açaraq bir polisi öldürüb, 4 nəfəri isə yaralayıblar.
“Əgər xalq hələ də ayağa qalxmayıbsa, bizim ölümümüz rejimə qarşı dəqiq üsyana gətirib çıxaracaq. Sefilyanı hələlik bizim yanımıza gətirmirlər, ancaq mən bilirəm ki, polis hazırda bizə qarşı zirehli texnikanın və qazın köməyi ilə hücum hazırlayır”, -deyə Avetisyan vurğulayıb.
Bu arada o da məlum olub ki, “Ayağa qalx, Ermənistan!” adlı vətəndaş təşəbbüs qrupu bu dəqiqələrdə Azadlıq meydanında yeni piket keçirməyə cəhd edir.
***
Silahlı qrupun liderlərindən biri Pavel Manukyan silahdaşları ilə yenidən əlaqə yaradıb. O bildirib ki, əsas tələblərindən biri liderləri Jirayr Sefilyanın onlara verilməsidir.
Sefilyanın lider olduğu “Yeni Ermənistan hərəkatının üzvləri Karo Yexnkyan və Syuzan Simonyan isə insanları küçələrə çıxmağa çağırıblar.
Elə bu arada polislər Azadlıq meydanında jurnalist Artur Ayrapetyanı tutaraq döyüblər.
RİA Novosti isə bildirir ki, güc strukturları bu dəqiqələrdə girovların azad edilməsi üçün xüsusi əməliyyata hazırlaşırlar.
***
Yerevanın Erebuni rayonunda silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar.
Erməni KİV-i xəbər verir ki, həbslər həmçinin Yerevanın digər rayonlarında, Gümri, Kirovakan və digər şəhərlərdə də aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub.
Gümridə “Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə “Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb.
Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sarkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.
***
Son məlumatlara görə, polis alayına basqın edənlər 20 iyun tarixində həbs olunan müxalifçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
***
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.
***
Hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.
Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.
***
Ermənistanın paytaxtı İrəvanda silahlı bir qrup polis qərargahına hücum edib. RT-nin xəbərinə görə, bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Xəbərdə yerli polis rəisinin də girov götürüldüyü bildirilir.
Hazırda bina təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb.
azadliq.info