İyunun 30-da Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarında Azərbaycanın “Neftçi” və “Qəbələ” klubları qalib gəliblər.
“Neftçi” səfərdə Maltanın “Baltsan” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
“Qəbələ” isə “Bakcell Arena”da Gürcüstanın “Samtredia” klubunu qəbul edib. Oyun“Qəbələ”nin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1.
“Qəbələ”nin heyətində Teo Uiks het-trikə imza atıb (30, 69 və 72-ci dəq.). Hərəyə bir dəfə isə Voyslav Stankoviç (16 dəq.) və Sergey Zenyov fərqləniblər (19 dəq.).
Qonaqların heyətində təsəlli qolunu matçın 59-cu dəqiqəsində Laşa Şerqelaşvili vurub.
Cavab qarşılaşması bir həftə sonra, iyulun 7-də, Gürcüstanda keçiriləcək.