1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
1/8 final mərhələsinin son oyununda İngiltərə və İslandiya yığmaları münasibətlərinə aydınlıq gətirib. İslandiya yığması 2-1 hesab ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb. 1/4 finalda İslandiya millisinin rəqibi Fransa olacaq.
Qollar: Ueyn Runi, 4-pen (1:0), Raqnar Siqurdson, 6 (1:1), Kolbein Siqthorsson, 18 (1:2)
***
Bu gün keçiriləcək iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşir. Günün maraqla gözlənilən görüşü İtaliya və İspaniya komandaları arasında keçirilib. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi oyun italyanların qələbəsi ilə yekunlaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn İtaliya 1/4 finala adlayıb. Son Avropa çempionu olan İspaniya yığması isə turnirlə vidalaşıb. İtaliya 1/4-də Almaniyanın rəqibi oldu.
Qollar: Corcio Kyellini, 33 (1:0), Qraziano Pelle, 90+1 (2:0)