Qadir İbrahimli: «Ən böyük problem sənayedə monopoliya mühitinin olmasıdır»
Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 31,6 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə toxuculuq sənayesində 3,5 dəfə artım, geyim istehsalında 19,6 faiz, dəri və dəridən məmulatlar,ÿayaqqabı istehsalında 72,9 faiz azalma müşahidə olunub.
Ölkə iqtisadiyyatının hazırkı durumuna diqqət edəndə, istehsalın hər sahədə azaldığını müşahidə etmək olar. Əhalinin alıcılıq qabiliyyətinin ümumən aşağı düşməsi, kasıbçılıq səviyyəsinin artması görəsən, istehsala nə qədər təsir edir? Istehsalın azalmasının kökündə duran səbəb nədir?
Iqtisadçı-ekspert Qadir Ibrahimli hesab edir ki, rəqabət mühitinin olmaması və insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi bu məsələni mənfiyə doğru yönləndirib. Rəqabət mühitinin olmaması da təkrar istehsala imkan yaratmır. Ekspert bu mənada, ən böyük problemi sənayedə monopoliya mühitinin olmasında görür: “Monopoliya şəraitində yerli istehsalçılar istehlakçılara keyfiyyətli məhsul təqdim edə bilmirlər. Istehlakçılar da bu zaman idxal olunan məhsullara üstünlük verməyə başlayır”.
Nigar