Nemət Əliyev: «Məqsəd bu sahələrdə yaranan problemi dövlət vəsaitləri hesabına həll etmək ola bilər»
Dövlət başçısı Ilham Əliyev Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Iqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirləri görmək və görülən tədbirlərin nəticələri haqqında prezidentə məlumat vermək tapşırılıb.
Iqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində prezidentə təqdim etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi alğı-satqı baş tutduqdan sonra sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.
Hakim ailəyə məxsus qızıl yataqları
Bu sərəncamın məqsədi nədir? Iqtisadiyyat Nazirliyi ilə Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının alınması prosesi necə həyata keçiriləcək? Mətbuatda dərc olunan informasiyalardan bəllidir ki, elə podratçı şirkətlərin bir çoxu hakim ailəyə məxsusdur.
Məsələn, Çovdar yatağı barədə mətbuatda kifayət qədər məlumat gedib. Bu mədənin işlənməsi üçün müqavilə (dəyəri 2,5 milyard dollardır) 2007-ci ildəki qeyri-şəffaf prosedurla AIMROC adlanan konsorsiuma verilib, hökumət bu şirkəti -ÿBritaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib.
Həmin konsorsium 2007-ci ildə tələm-tələsik məhz sözügedən layihədən ötrü yaradılıb. Yeni ortaya çıxarılan sənədlərsə göstərir ki, AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident ÿIlham Əliyevin qızlarıyla ÿbağlı olan şirkətlərin nəzarətindədir.
2006-2007-ci illərdə prezident sərəncam verib Çovdar qızıl mədəni və beş başqa yatağın işlənməsi hüququ ilə bağlı danışıqların aparılmasını, sonra isə AIMROC adlanan şirkətlə (“Azerbaican International Mineral Resources Operating Company, Ltd.”, azərbaycanca “Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların Idarə Edilməsi üzrə Məhdud Məsuliyyətli Şirkət”) müqavilə bağlanmasını Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə tapşırıb.ÿ
Iqtisadçı Nemət Əliyev hesab edir ki, əgər yeraltı sərvətlərin işlənməsi xarici şirkətlə müştərək həyata keçirilirsə, deməli, proses həmin xarici şirkətlərlə bağlanmış müqavilələr əsasında tənzimlənir. Eyni zamanda proseslər yerli qanunvericiliyə görə aparılır: “Əgər dövlət başçısı belə bir sərəncam veribsə ki, ”AzəeriGold” həmin qızıl yataqlarında payların alınmasına başlasın, deməli, burada müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Çünki ola bilsin ki, həmin sahələrdə fəaliyyət göstərən xarici investorlar müqavilə öhdəliklərini yerinə yetirə bilmirlər. Müqavilə şərtlərinə uyğun fəaliyyət göstərmirlər. O zaman müqavilədə nəzərdə tutulubsa, həmin yataqlarda payların hökumət tərəfindən alınmasıyla bağlı hərəkətə keçilsin. Yaxud da ola bilsin ki, həmin şirkətlər özləri paylarını satırlar”.
N.Əliyev bildirdi ki, jurnalist araşdırmalarından bəlli olub ki, Azərbaycandakı qızıl yataqları hakim ailəyə məxsusdur və ailəyə yaxın şəxslər onu idarə edir. “Ola bilsin ki, belə bir fikir var ki, bu yataqları rəsmiləşdirərək, elə ”AzəriGold”un balansına keçirmək daha düzgün olar. Azərbaycanın bir çox sahələrində olduğu kimi qızıl və gümüş ehtiyatlarının hasilatı sahəsində ciddi problemlər yaşanır. Statistika Komitəsinin dörd aylıq göstəricilərinə nəzər yetirilsə, çox asanlıqla bunu görmək olar. Yəni böhran təkcə neft sektorunu vurmayıb. Toxuculuq, qıda məhsullarının istehsalı sahəsində ciddi problemlər yaşandığı kimi qızıl və gümüş hasilatı sahəsini də böhran vurub. Nəticədə hasilat aşağı düşüb. Ona görə burada məqsəd bu sahələrdə yaranan problemi dövlət vəsaitləri hesabına həll etmək ola bilər”- deyə N.Əliyev vurğuladı.
Xəyal