Türkiyənin müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının xeyli vaxtdır mübahisəyə çevrilən növbədən kənar qurultayı ilə bağlı vəziyyət aydınlaşıb. Partiyanın hazırkı sədri Dövlət Baxçalı yazılı açıqlama yayaraq, iyulun 10-da qurultay keçirəcəklərini bildirib. Baxçalı həmçinin, qurultayda yenidən sədrliyə namizəd olacağını da bəyan edib: “Bunun xüsusilə bilinməsini istəyirəm ki, kim, ya da kimlər sədrliyə namizəd olacaqsa, şəxsimlə yarışacaq”.
azadliq.info