Rusiya Yazıçılar İttifaqı Azərbaycanda həbsdə olan yazıçı Saday Şəkərli ilə bağlı H.Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevaya müracitə edib.
Müraciətdə deyilir ki, S.Şəkərli haqsız olaraq çox ağır cəzaya məhkum edilib. “Şəkərli Saday Əsəd oğlu ədəbi qəhrəman, siyasi qarşıdurmaların mifik kəşfiyyatçısı deyil. O, sadəcə öz ədəbi peşəsinə görə insan əzabına laqeyd qalmayan bir insandır. Onu yalnız bir şey qoruya bilər – bizim onun həyat və taleyinə biganə olmamağımız. Saday Şəkərli Azərbaycanın və onun ədəbiyyatının vətənpərvəridir” deyə qeyd olunan müraciətdə M.Əliyevadan yazıçının əfv edilməsi üçün ölkə başçısı qarşısında vəsatət qaldırması istənilir.
Müraciəti Rusiya Yazıçılar İttifaqının sədri V.N.Qanicev imzalayıb.