Suriyanın Aralıq dənizi sahillərində yerləşən Latakiya əyalətinin hökumət qüvvələrinin nəzarətində olan Cebla və Tartus şəhərlərində ardıcıl törədilən partlayış nəticəsində 120-dən çox insan ölüb.
Bu haqda BBC məlumat yayıb.
Xəbərə görə, Ceblada 4 partlayış nəticəsində 45 nəfər həlak olub. Ölənlərin çoxu dinc sakinlərdir.
Qeyd edək ki, Tartus şəhərində Rusiyanın hərbi bazası yerləşir.
Məlumata görə, partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.