Rejimin girovluğunda olan Xədicə İsmayıldan rejimə daha bir sürpriz zərbə. Xədicə xanım Elmar Hüseynovun qətlə yetirilməsi cinayətini beynəlxalq aləmin müzakirəsinə çıxarır. UNESCO (məlum səbəbdən) bizim ölkəmizdə hətta BMT-nin özündən də nüfuzlu təşkilat sayılır. Bax, həmin o hörmətli UNESCO Xədicə İsmayılı Dünya Mətbuat Azadlığı Mükafatına layiq görüb. Bu gün Helsinkidə təntənəli yığıncaqda Xədicə xanımın anası Elmira xanım bu mükafatı qəbul etdi və Xədicə xanımın çıxışını o mötəbər tribunadan bütün dünyaya çatdırdı. Xədicə xanım da çıxışında Elmar Hüseynovu və onun yazılarına görə öldürülməsini dünyaya təqdim etdi. Gedin, indi də Elmara görə cavab verin. Əminəm ki, rejim – Xədicə İsmayıl qarşıdurmasında qalib Xədicə xanımdır! Təbriklər Xədicə xanım!