Bir qrup yerli və ölkəmizdə akkreditasiya olunmuş xarici media təmsilçisi cəbhə bölgəsinə səfər edərək, aprelin 26-da başlayan erməni bombardımanının nəticələri ilə tanış olublar. Jurnalistlər əvvəlcə Bərdə Diaqnostika Mərkəzində olub, Ağdamda yaralanan mülki sakinləri danışdırıblar. Sonra isə Ağdamın özündə ermənilərin artileriya zərbələri ilə dağılmış evlərdə çəkilişlər aparıblar. Bu səfərdən “Amerikanın səsi” və “Azadlıq” radiolarının hazırladığı çəkilişləri təqdim edirik.