Vergilər Nazirliyi vergi borcunu ödəmədiyinə görə, ölkədən getmə hüququ məhdudlaşdırılmış şirkət rəhbərərinin siyahısını açıqlayıb. Fins.az-ın məlumatına görə, siyahıda 115 şirkətin və onun məsuli şəxsinin adı var. Siyahıya buradan baxmaq olar.
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.