Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub yollayaraq, mühafizədən imtina etdiyini bildirib.
O bu barədə «Facebook» səhifəsində yazıb. İndiyə kimi Saakaşvilinin təhlükəsizliyini «Alfa» xüsusi dəstəsinin əməkdaşları qoruyurdu.
«Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm», – deyə Saakaşvili bildirib.
Onun sözlərinə görə, belə briraddımı «son hadisələrə, bəyanatlara, həmçinin əlində olan informasiyaya əsaslanaraq» atmaq qərarına gəlib. Lakin Saakaşvili söhbəıtin nədən getdiyini açıqlamayıb.