Bosfor boğazı Rusiya gəmilərinin üzünə bağlanır
Putin Paris sammitində Ərdoğanla üz-üzə gəlmək istəmədi
“Su-24” təyyarəsinin vurulmasından sonra gərginləşən Türkiyə-Rusiya münasibətləri Moskvanın Ankaraya tətbiq etdiyi iqtisadi sanksiyalarla bir az da pisləşdi. Sanksiyalara ilkin münasibətində Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyanı daha soyuqqanlı olmağa çağırdı. Və xəbərdarlıq etdi ki, Kremlin bu addımından təkcə Türkiyə yox, həm də Rusiyanın maraqları zərər görəcək. Davudoğlunun bu açıqlamasından bir neçə saat sonra Türkiyə Rusiya gəmilərinin Bosfor boğazından keçməsinə məhdudiyyət qoydu. Bundan cəmi bir gün əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, əgər Türkiyə boğazları rus gəmilərinin üzünə bağlayarsa, bu, Rusiya üçün qiyamət ssenarisi olar. Göründüyü kimi, Türkiyə bu ssenarini Rusiyanın gözlədiyindən daha tez gerçəkləşdirdi.
Rusiya gəmilərinə 14 saat gözləmə cəzası
Məlumatlara görə, Rusiya gəmiləri Bosfor boğazına daxil olmaq üçün 14 saat gözləməli olublar. Həmin saatlarda digər ölkələrin gəmilərinin heç bir problem yaşamaması onu göstərir ki, Türkiyənin məlum addımı məqsədli olub. Bu isə rəsmi Ankaranın Türkiyəyə tətbiq olunan iqtisadi sanksiyalara görə Rusiyanı cəzalandırdığını göstərir. Sanksiyalarla yanaşı, Türkiyəyə məxsus TIR-ların Ukrayna-Rusiya sərhədindəÿsəbəbsiz yerə gözlədilməsi də rəsmi Ankaranın ciddi narazılığına səbəb olmuşdu. Hazırda Türkiyənin onlarla TIR-ı Çerniqovsk və Sumsk vilayətlərində səbəbsiz yerəÿgözlədilir. Rusiya onları öz ərazisinə buraxmır.
Türkiyənin Rusiya gəmilərinin Bosfor və Dardanel boğazından keçməsinə məhdudiyyət yaratması rusların Suriyadakı Hmeymim aviabazasını işini çətinə salacaq. Anlaşmaya görə, savaş təhdidi yaranarsa, Türkiyə boğazları tamamən bağlamaq hüququna sahibdir. Hələlik Türkiyə hökumətiÿ Rusiyaya nümayiş etdirməyə çalışır ki, Kremlin sərt addımları onun özünə də asan başa gəlməyəcək.
Xatırladaq ki, Rusiya prezidentinin imzaladığı fərmanla Türkiyəyə bir sıra məhdudiyyətlər qoyulub. “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması və Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında” fərmana görə, Ankara 4 ayrı qadağa ilə üzləşib.
Rusiya ilə Türkiyə arasındakı vizasız recim yanvarın 1-dən birtərəfli qaydada ləğv olunur.ÿKreml tərəfindən müəyyən edilmiş siyahı üzrə Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyulur. Rusiya ərazisində Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyulur və ya bu fəaliyyət ÿməhdudlaşdırılır. Və nəhayət yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsi dayandırılır.
Əldən çıxan Paris fürsəti
Günlərdən bəri qarşılıqlı bəyanatlarla bir-birini ittiham edən Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın nəhayət dünən eyni məkanda bir araya gəlmək,ÿüzbəüz söhbət etmək imkanı yarandı. Hər iki lider dünən BMT-nin Fransanın paytaxtı Parisdə işinə başlayan iqlim dəyişikliyi sammitinə qatılmışdı.
Türkiyə prezidenti günlərdir ayrı-ayrı çıxışlarında Putinə mesacÿgöndərərək vəziyyəti daha da gərginləşdirməmək üçün Paris sammitində görüşməyi tövsiyə edirdi. Lakin Kremldən gələn rəsmi imtina cavabından sonra məlum oldu ki, Putin Ərdoğanla görüşmək istəmir. Bununla belə, iki liderin bir araya gələcəyinə dair ümidlər qalırdı. Bu baxımdan dünən bütün dünyanın gözü Parisdə idi. ÿLakin sammit işinə başlayan kimiÿ Kremldən açıqlama gəldi ki, Putin qərarında israrlıdır və tədbir boyu Ərdoğanla rəsmi və ya qeyri-rəsmi səviyyədə görüşmək niyyətində deyil. Beləliklə, Paris görüşü ilə bağlı bütün gözlənti və ümidlər boşa çıxdı. Bundan sonra prezidentlərin nə zaman və hansı şəraitdə birbaşa təmasa keçəcəyi isə sual doğurur.
Putin sammitə bilərəkdən gecikdi?
Paris sammitinə 150-dən artıqÿdövlətin lideri qatılmışdı. Iştirakçılar arasında ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel də var idi. Parisdəki 13 noyabr terrorundan sonra ilk dəfə idi ki, dünya liderləri Fransada toplaşırdı. Sammitdə təhlükəsizlik tədbirləri ən üst səviyyədə idi. Tədbirin keçirildiyi ərazini 2800 polis qoruyurdu.
Putin sammitə vaxtından xeyli sonra qatıldı. Bu səbəbdən Rusiya prezidenti sammit iştirakçıları ilə birgə şəkil çəkdirə bilmədi. Tədbirə gecikməklə Putin Paris terrorunun qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsini, həmçinin Fransa prezidenti Fransua Olland, ölkənin xarici işlər naziri Loran Fabius, BMT baş katibi Pan Gi Mun və bir neçə başqa liderin çıxışını qaçırmış oldu. ÿMətbuat ehtimal edir ki, Putin məhz Ərdoğanla üz-üzə gəlməmək üçün sammitə gecikib. Belə ki, foto çəkilərkən bütün liderlər bir araya gəlir və istər-istəməz ayaqüstü qısaÿünsiyyətdə ola bilirlər.
Sonradan jurnalistlərə verdiyi açıqlamada Putin Ərdoğanıÿ görmədiyini və onunla görüşmədiyini söyləyib: “Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim”. Putin keçirdiyi ikitərəfli görüşlərdə Türkiyə tərəfindən vurulan “Su-24″ təyyarəsi ilə bağlı müzakirələr apardığını da əlavə edib. Putin həmin görüşlərdə bir daha bəyan edib ki, Rusiya təyyarəsi heç bir təhlükə daşımadığı halda, Türkiyə tərəfi onu vurub.
Obama: “Əsəd getməlidir!”
Putinin keçirdiyi ikitərəfli görüşlərdən biri də ABŞ prezidenti Barak Obama ilə olub. Bağlı qapılar arxasında keçirilən görüş təxminən 30 dəqiqə çəkib. Görüş zamanı Suriya və Ukrayna məsələsi əsas müzakirə mövzusu olub.ÿ Görüşlə bağlı Ağ Evin yaydığı məlumatda deyilir ki, Obama Bəşər Əsədin getməsinin vacibliyini qeyd edib.
Obama ilə Putin sonuncu dəfə iki həftə bundan əvvəl “G-20” sammitində görüşmüşdü və bu, qeyri-rəsmi xarakter daşıyırdı. Tərəflər arasında son rəsmi görüş isə bu il sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində olub.