İngiltərənin xarici işlər naziri Filip Hammond, Türkiyənin hava sərhəddini pozan Rusiya döyüş təyyarəsinin vurulmasına münasibət bildirib. İtalyanın paytaxtı Romada rəsmi səfərdə olan Hammond, Türkiyənin özünü müdafiə haqqı olduğunu bildirib:
“Heç kim Yaxın Şərqdə soyuq müharibə görmək istəmir. Bu səbəbdən hər iki ölkənin gərginliyi azaltmaq üçün səy göstərməsi lazımdır”, deyə Hammond bildirib.
azadliq.info