Sentyabrın 16-da Ukrayna Ali Radası prezidentin təqdim etdiyi layihəyə baxaraq Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanun layihəsini qəbul edib.
Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır.
Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.
İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tutur.
Ali Rada eyni zamanda amnistiya haqqında qanun qəbul edib.