Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun Direktoru
Hörmətli xanımlar və bəylər! Sözsüz ki, aşağıda oxuyacaqlarınızın çoxu Sizə bəllidir. Ancaq Siz əsas insan haqları və demokratik azadlıqların kobudcasına pozulduğu avtoritar Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarını keçirmək barədə qərar qəbul etmisinizsə, deməli, hər şeyi bilmirsiniz.
Olimpiya oyunları ilk dəfə qədim Yunanıstanda keçirilib: bizim eradan əvvəl 776-cı ildə Olimpiya şəhərində sənədlərlə sübut olunan idman yarışları keçirilib. Onların xüsusiyyəti ondan ibarət idi ki, olimpiya oyunları keçirilən müddətdə qədim Yunanıstan ərazisində bütün müharibə və münaqişələr qadağan edilirdi və sülh ayı elan edilirdi (yunanca – ekeyxeriya). Bundan əlavə, Olimpiya şəhərinə silahla gəlmək qadağan edilirdi.
Olimpiya oyunları zamanı təkcə idmançılar yarışmırdı – Yunanıstanın hər yerindən Olimpiyaya görkəmli filosoflar, şairlər və alimlər gəlirdi.
Ancaq ən əsası, qədim yunanlar üçün olimpiya oyunları təkcə idman yarışları deyildi, bu həm də tolerantlıq və dostluq atmosferi yaradırdı.
Axı əvvəl hər beş ildən, sonradan dörd ildən bir oyunlar yunanlara mütəmadi olaraq görüşmək, danışmaq, mədəni mübadilə etmək, ümumiyyətlə, təbliğatın iddia etdiyi kimi qarşında dayananın mənfur Sparta, yaxud Afinadan “alçaq düşmən” deyil, gülərüz mehriban oğlan olduğunu görməyə imkan verirdi. Yəni Olimpiya Oyunları düşmən obrazını dağıtmağa vasitəydi. Bu da xalqların bir-biri ilə ünsiyyətindən hər şeydən vacibdir!
394-cü ildə qadağan edilən Olimpiya oyunları yenidən 1896-cı ildə bərpa edildi. Oyunların keçirilməsinin təşkili üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) yaradıldı.
Ancaq artıq XX əsrdə Olimpiadanın əsas prinsipi – tolerantlıq, sülhə sadiqlik pozulmağa başladı. 1936-cı ildə artıq faşistlərin hakimiyyətə gəlişindən sonra Olimpiya oyunları Berlində keçirildi. Nasistlər sadəcə oyunlar keçirilən müddətdə Berlin küçələrindən antiyəhudi və digər irqçi şüarları yığışdırdılar. Yalnız Ikinci Dünya Müharibəsindən sonra BOK-un 30-cu illərdəki siyasəti səhv kimi tanındı, BOK isə rəsmi üzürxahlıq etdi.
Ancaq heç yarım əsr də keçmədi və BOK 1980-ci ildə XXII Olimpiya Oyunlarını Moskvada keçirmək qərarını qəbul etdi. Sovet dissidentlərinin təqib edilməsi və yəhudilərin SSRI-dən çıxmasına qoyulan məhdudiyyətə və 1979-cu ilin dekabr ayında sovet qoşunlarının Əfqanistana girməsinə etiraz əlaməti olaraq 64 ölkə Olimpiadanın Moskvada keçirilməsini boykot edib. Sovet Ittifaqı Olimpiya oyunlarının əsasında dayanan sülh və tolerantlıq ideyaları üzərində qələbə qazanması ilə haqlı olaraq öyünürdü. BOK-un məhz bu ehtiyatsızlığı Qafqaz diktatoru Ilham Əliyevi ilk Avropa Olimpiya Oyunlarının avtoritar Azərbaycanda keçirilməsinə ruhlandırıb.
Ola bilsin Siz Əliyevlərin avtoritar rejiminin Azərbaycanda hansı cinayətlər törətdiyini real olaraq bilmirsiniz? Onda müasir Azərbaycanda bütün başlıca insan hüquqları pozuntuları barədə diqqətlə oxuyun:
Yaşamaq hüququ
Mən yalnız bir ailənin tarixçəsini nümunə gətirirəm. Bu nümunə ölkədə təşəkkül tapan kriminal mafioz rejim üçün o qədər xarakterikdir ki, ümumən vətəndaşlarımızın yaşamaq hüququnu nümayiş etdirir.
Dilçi professor Novruzəli Məmmədov – Milli Elmlər Akademsiyası Dilçilik Institutunun baş elmi əməkdaşı, talış dili üzrə ölkədə yeganə dilçi alim, Azərbaycanda talış dilində yeganə qəzet olan “Talışın səsi” qəzetinin redaktoru, yeganə talışca-azərbaycanca-rusca lüğətin müəllifi. O, 2007-ci ilin fevral ayında həbs edilən vaxt lüğətin ikinci nəşrini hazırlamışdı. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu 2007-ci ilin fevralında həbs etdi. Üstəlik, ailəsi bir neçə gün onun harda olmasından məlumatsız idi. Bu müddətdə MTN müstəntiqləri ona işgəncə verib Vətənə xəyanət və Iran kəşfiyyatına işləməyini etiraf etməyi tələb edirdi. Qabırğası və körpücük sümüyü sındırılsa da, 69 yaşlı professor casusluğunu “etiraf” etmədi. MTN-nin istintaq təcridxanasına ərzağı onun böyük oğlu, riyaziyyat elmləri namizədi Kamran aparırdı. Hər dəfə ərzağı verəndə mülki geyimli MTN əməkdaşları onu maşınla şəhərin kənarına aparıb qəddarcasına döyürdü. 2007-ci ilin sentyabrında növbəti dəfə döyülən Kamran evə qan içində gəlib və bir neçə saatdan sonra vəfat edib. Onun ölümü ilə bağlı heç bir ekspertiza aparılmayıb, döyülmə nəticəsində ölməyi barədə cinayət işi açılmayıb. Onu dəfn ediblər, atasına isə böyük oğlunun ölümü barədə məlumat verilməyib.
Novruzəli Məmmədov Iran kəşfiyyatı ilə əlaqələrini inkar etməkdə davam edirdi. Bu zaman MTN onun ən kiçik oğlu Emili həbs etdi. Onun cibinə sadəcə narkotik atdılar – müasir Azərbaycanda sərf etməyən adamların saxlanması üçün bu, adi işdir. Müstəntiqlər professoru Emilin azadlığı və sağlamlığı ilə şantaj edirdi. Amma Novruzəli Məmmədov məhkəmədə cəsarətlə bildirdi ki, Vətənə xəyanət etməyib, əgər talış olmasına görə mühakimə edirlərsə, o, Vətəni Azərbaycanla və öz xalqı ilə fəxr edir. Ona 10 il, oğluna şərti cəza verildi. 2009-cu ilin fevralında Novruzəli Məmmədovu koloniyaya köçürdülər. Işgəncələr orda da davam etdi və 2009-cu ilin avqustunda o, vəfat etdi. 2009-cu ilin sentyabrında Novruzəli Məmmədovun 40 mərasimindən sonra həyat yoldaşı və kiçik oğlu Emil qəbiristanlığa getdi. Emil sükan arxasında idi, bu zaman bir yük maşını avtomobili əzdi və Emil həlak oldu.
Sülh və Demokratiya Institutu Novruzəli Məmmədovun həbsinin ilk günlərindən professorun və oğullarının məhv edilməsi barədə cəmiyyəti məlumatlandırdı.
Işgəncələrdən müdafiə hüququ
Mən DIN və MTN-nin istintaq təcridxanalarında işgəncələr nəticəsində ölümlərin (ildə 8-12 nəfər), orduda qeyri-döyüş itkilərinin (bir ildə işgəncədən ölənlərin sayı 80 nəfərə çatır) bütün statistikasını açıqlamayacağam.
Işgəncələr Azərbaycanda istintaq aparmağın və ifadə almağın əsas metodudur. Ona görə bütöv bir qrupa qarşı xüsusilə ağır cinayət işləri saxtalaşdırılanda (terrorçuluq, dövlət çevrilişi), bir qayda olaraq, 10-16 nəfərlik qrupdan 1-2 nəfər istintaq zamanı işgəncələr nəticəsində həlak olur. Azərbaycanda istintaqın aparılması metodları aydın olsun deyə bircə nümunə gətirəcəm.
13 yanvar 2007-ci ildə Bakıda 11 nəfər həbs edilib (Emin Məmmədov, Səid Dadaşbəyli, Rəşad Əliyev, Mikayıl Idrisov, Ceyhun Əliyev, Cahangir Kərimov, Emil Mehbalıyev, Fərid Ağayev, Samir Qocayev, Bəybala Quliyev və Rasim Kərimov). Onları mülki geyimli şəxslər ictimai yerdə səbəb göstərmədən oğurlayıb.
“Istintaq” 6 ay davam edib. Bu müddətdə təqsirləndirilənlərdən heç biri ittiham elan edilməsi, həbs sanksiyası tərtib edilməsi, istintaq müddətində həbsdə saxlanmaları barədə məhkəmə qərarı verilməsi üçün məhkəməyə aparılmayıb. Təqsirləndirilənlər ilk dəfə həbsdən 8 ay sonra – 17 sentyabr 2007-ci ildə məhkəməyə aparılıb. Onların hamısına hakimiyyəti ələ keçirmək üçün mütəşəkkil cinayətkar dəstə yaratmaq və s. ittihamlar irəli sürülüb.
Istisnasız olaraq onların hamısının səhhətinə ciddi ziyan dəyib, onlardan biri – Emin Məmmədov isə işgəncə zamanı ölüb.
Istintaq zamanı MTN-nin müstəntiqi Sahib Ələkbərov təqsirləndirilənlərin hər birini ayrılıqda MTN-nin otaqlarından birinə aparır, televizoru qoşub vəhşicəsinə işgəncə verilən Emin Məmmədovun dindirilməsinin videoyazısını göstərirdi. Sahib Ələkbərov digər təqsirləndirilənlərə bildirirdi ki, istintaqa lazım olan ifadəni verməkdən imtina etsələr, onları da belə aqibət gözləyir. Müstəntiq Sahib Ələkbərov açıqca deyirdi ki, Emin Məmmədov öləcək. 2007-ci ilin martında Emin işgəncələrdən dünyasını dəyişdi.
Məhkəmə prosesində kameralarda işgəncədən ölən Emin Məmmədovun adı, ümumiyyətlə, çəkilmədi. O, məhkəmə və ictimaiyyət üçün iz qoymadan yoxa çıxdı.
Elan edilən ittihamların heç biri sübut edilməsə də, sağ qalanlara 12-14 il həbs cəzası verildi.
Məhz SDI bu işin araşdırmasını aparıb onların adını vicdan məhbusları siyahısına saldı.
Mülkiyyət hüququ
2009-2011-ci illərdə Bakının 60 mindən çox sakini qanunsuz olaraq öz mənzil və evindən məhrum edilib. Minlərlə bakılı “Avroviziya” mahnı müsabiqəsi nəticəsində evsiz qalıb.
SDİ «Mülkiyyət hüququnun pozulmasının korrupsiya tərkibi » Corruption as Constituent in Violation of Property Right by Executive Agencies” (http://ft.contact.az/en/?cat=7) araşdırması aparıb və onu vətəndaşları korrupsiya ilə mübarizə aparmağa, korrupsiya haqda məlumat verməyə çağıran prezident İlham Əliyevin adına göndərib. Araşdırmanın nəticələri KİV-də də dərc edilib. 10 avqust 2011-ci ildə “Nyu-York Tayms” qəzetində mənimlə müsahibə dərc olunmuşdu. Növbəti gün – 11 avqust 2011-ci ildə SDİ-nin, Qadın Krizis Mərkəzinin və Piyadalara qarşı Minaların Qadağan Edilməsi üzrə Azərbaycan Kampaniyasının ofisi yerləşən Yunus ailəsinin ofisi bütün əmlakı ilə birgə buldozerlə uçuruldu. Bu da ofisin məhv edilməsinin videosu:
http://www.nytimes.com/2011/08/13/world/asia/13azerbaijan.html?scp=1&sq=Leyla%20Yunus&st=cse
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində paytaxtda 80 min sakinin müliyyətinin qanunsuz olaraq məhv edilməsi nəzərdə tutulur. Artıq bakılıların evlərinin sökülməsinə başlanılıb.
Ədalətli məhkəmə hüququ
Prezident İ.Əliyev 15 yanvar 2014-cü ildə Brüsseldə, 24 iyun 2014-cü ildə Strasburqda çıxış edərkən bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur.
Bu bəyanat reallığa tamamilə ziddir. 8 iyul 2014-cü il üçün həbsdə 41 vicdan məhbusu və 68 siyasi məhbus olub.
SDİ daim siyasi repressiya qurbanlarının siyahısını yeniləyir və bu siyahı hər zaman saytda ingilis dilində olur. (http://ft.contact.az/en/?p=155)
ABŞ və Aİ-nin diqqətini cəlb edən Ukrayna hadisələri Əliyevin avtoritar rejiminə AR-da qalan müstəqil KİV və QHT-ləri məhv etməyə başlamaq imkanı verib. SDİ-nin «vicdan məhbusu» siyahısında arasında bunlar var:
– 11 jurnalist və bloger, o cümlədən milli azlığın dilində yeganə qəzet olan “Talışın səsi” qəzetinin redaktoru Hilal Məmmədov, «Yeni Müsavat» qəzetinin jurnalisti Tofiq Yaqublu (qızı da məhkum edilib), Azərbaycanın əməkdar jurnalisti, Gerd Butserius mükafatı laureatı Rauf Mirqədirov, blogerlər Rəşad Ramazanov, Əbdül Əbdülov və b.
– 5 hüquq müdafiəçisi, o cümlədən Seçki Monitorinqi və Demokratik Tədqiqatlar Mərkəzi QHT-nin rəhbərləri Anar Məmmədli və Bəşir Süleymanlı. Onlar 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərinin saxtalaşdırılması barədə ciddi sübutlar (o cümlədən videohesabatlar) təqdim edib.
– Çoxu ABŞ və Aİ ölkələrində təhsil almış 11 gənc fəal, o cümlədən NİDA hərəkatının 8 üzvü. Saxlanan zaman və istintaq gedişində onlar işgəncəyə və başqa qeyri-insani davranışa məruz qalıblar.
– 2 müxalifət lideri: İlqar Məmmədov – REAL hərəkatının lideri və Yadigar Sadıqov – Müsavat Partiyası sədrinin müşaviri.
Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması vətəndaşları ədalətli məhkəmə hüququndan məhrum edir və hər bir azadfikirli insan siyasi sifarişlə məhkum edilmək riski altındadır.
Qarabağ münaqişəsinin dinc yolla həllinə əngəl. Millətlərarası və konfessiyalararası ədavətin qızışdırılması
Bizim eradan əvvəl Yunanıstanda Olimpiya oyunlarının təşkilatçıları sülh və qarşılıqlı anlaşmanın, düşmən obrazını dağıtmağın necə vacib olduğunu anlayırdı.
Bu gün bunu unutmusunuz! Əks halda necə Olimpiya oyunlarını nəinki hər an qonşunun timsalında düşmən obrazını təbliğ edən, prezidentin isə müharibəyə çağırışlar etdiyi, eyni zamanda, sülh uğrunda hərəkatın fəallarının, xalq diplomatiyası iştirakçılarının repressiyalara məruz qaldığı, təqib edildiyi, həbs edildiyi ölkədə keçirilmək qərarına gələ bilərdiniz? Bu barədə hər gün dünya mətbuatı yazır. Bu da son Avropa nəşrlərinin kiçik siyahısı:
1.http://platformlondon.org/2014/07/10/all-that-glitters-azerbaijan-and-the-olympics/
2.http://www.neues-deutschland.de/artikel/938789.leyla-yunus-sieht-sich-bedroht.html
4.http://www.afp.eu/fr/info/azerbaidjan-une-militante-des-droits-de-lhomme-interpellee-avocat
5.http://www.huffingtonpost.fr/jeanluc-bennahmias/azerbaidjan-chasse-democrates-paix_b_5271985.html
9. http://www.tol.org/client/article/24361
2014-cü ilin aprelin 19-da Azərbaycanın fəxri jurnalisti, Gerd Butserius mükafatı laureatı Rauf Mirqədirov həbs edilib. Ona vətənə xəyanət, Ermənistanın xeyrinə casusluq ittihamı irəli sürülüb. Casusluq fəaliyyətinin sübutu kimi R.Mirqədirovun birgə erməni-Azərbaycan layihələrində iştirakı, o cümlədən unikal birgə Azərbaycan-Ermənistan saytının (http://www.publicdialogues.info/) işində iştirakı göstərilir.
Bu veb-saytda ciddi presssinqə məruz qalan, o cümlədən erməni qırğınlarını və milli mənsubiyyətə görə qətlləri pisləyən «Daş yuxular» romanı yandırılan Əkrəm Əylisliyə dəstək kampaniyası başlanmışdı. Bu saytda SDİ Azərbaycanda ümumiyyətlə xristianlara, o cümlədən ermənilərə nifrət tərbiyyə edən tarix dərsliklərinin təhlilini dərc edib.
Bu saytda əl-ələ tutan Azərbaycan və Ermənistan qadınları birlikdə uşaqlarımızın dinc gələcəyi naminə müharibə və nifrətin təbliğatına etiraz edir.
Tarixdə ilk Avropa Yay Olimpiya Oyunlarının müasir Azərbaycanda keçirilməsi təkcə sülh, insanpərvərlik, hümanizm, qanunun təntənəsi və ədalət ideyalarıına zidd olmaqla qalmır.
Bu, Olimpiyadanın öz ideyasına həqarət və istehzadır.
Mən Sizi Bakıda Yay Olimpiya Oyunlarının keçirilməsi barədə qərara yenidən baxmağa çağırıram.
Ölkəmizin azad düşüncəli insanları və dünyada ədalət tərəfdarları qan və göz yaşları basmış avtoritar Azərbaycanda Olimpiya oyunlarının keçirilməsinə qarşı kampaniyaya başlayır.
Qeyd: Bu müraciət aşağıdakı ünvanlara göndərilib:
The European Olympic Committees
President: Mr. Patrick Joseph HICKEY
Vice-President: Mr. Janez KOCIJANCIC
Secretary General: Mr. Raffaele PAGNOZZI
Address:
Palazzina CONI – “Villino Giulio Onesti”
Via della Pallacanestro, 19 – 00135 Rome – Italy
Tel.(+39) 06 36 85 78 28 / 76 19
Fax (+39) 06 36 85 76 66
The European Olympic Committees EU Office
Director Mr. Folker Hellmund (Germany)
Policy Officer Charlotte Boetticher (Germany)
Address:
Bureau des COE auprès de l´UE
52, Avenue de Cortenbergh
B-1000 Brussels
Belgium
Tel : 0032 – 2 – 738 03 20
Fax : 00032 – 2 738 03 27
info@euoffice.eurolympic.org