“Euro-2012”nin “play-off” mərhələsinin püşkü atılıb. Polşanın Krakov şəhərində keçirilən püşkatmanın nəticəsində qardaş Türkiyə yığmasının Xorvatiya ilə qarşılaşacağı bəlli olub. Mütəxəssislər bu komandanı Türkiyə üçün çətin rəqib hesab edirlər.
Hərçənd bu komandalar 2008-ci il Avropa Çempionatının 1/4 final mərhələsində də üz-üzə gəliblər. O zaman komandalar əlavə hissəsəni 1:1 bərabərliyi ilə başa vurmuş, penalti zərbələrində isə Türkiyə daha dəqiq oynayaraq yarımfinalına vəsiqə qazanmışdı.
“Euro-2012”nin “play-off” mərhələsinin ilk oyunları 11-12 noyabr, cavab qarşılaşmaları 15-16 noyabrda keçiriləcək.
Komandalar belə qarşılaşacaqlar:
Türkiyə – Xorvatiya
Estoniya – İrlandiya
Çexiya – Çernoqoriya
Bosnia- Hersoqovina – Portuqaliya