Mənzil bazarında ucuzlaşma davamlı şəkildə inkişaf edəcək
Ölkənin bir vaxtlar ən dinamik sektoru sayılan tikinti sahəsi bu gün durğunluq həyatını yaşayır. Tikinti bumu bir müddətdir ki, özünün ən passiv mərhələsinə qədəm qoyub.
Bu durğunluq daşınmaz əmlak bazarındakı qiymətlərə birbaşa təsir edib. Tikintidə qiymətin 23, bəzi hallarda isə 32 faiz azaldığı iddia edilir. Maraqlıdır, tikinti sektorundakı durğunluq görəsən, hələ nə qədər çəkəcək? Ilin sonuna və gələn ilin əvvəlinə nə qədər ucuzlaşmanın ola biləcəyi də diqqət mərkəzindədir. Eləcə də, banklarda girov olan mənzillərin bu məsələyə şəksiz təsiri danılmazdır.
“MBA Sonsaltinq” şirkətinin direktoru Nüsrət Ibrahimov söyləyir ki, təkrar mənzil bazarında ilin əvvəlindən dollarla ifadədə 22,8 faiz ucuzlaşma, manatla ifadədə isə 3,2 faiz bahalaşma var. Ilkin mənzil bazarında isə ilin əvvəlindən dollarla ifadədə 23,5 faiz ucuzlaşma, manatla ifadədə isə 2,3 faiz bahalaşma mövcuddur:
“Mənzil bazarında vəziyyət belədir. Müşahidələr göstərir ki, ilin axırına doğru ucuzlaşma aşağı templə davam edəcək”.
Nigar