PKK-nı himayə edən bələdiyyə sədrləri həbs olunur
Son 45 gündə Türkiyə 55 şəhid verib. Onlardan 16-sı polis, qalanları hərbiçilərdir. Ən çox şəhid verən bölgələr (hər biri 4 şəhid) Ankara, Adana və Osmaniyədir. Ümumilikdə isə ölkənin 34 bölgəsindən şəhid xəbəri gəlib. Manisa və Konya – hər biri 3, Malatya, Yozqat, Kırkıkale, Tokat, Denizli, Elazığ, Ərzurum, Antalya – hər biri 2, Adıyaman, Amasya, Bolu, Burdur, Bursa, Çankırı, Eskişehir, Izmir, Kahramanmaraş, Kayseri, Kırşehir, Kocaeli, Nevşehir, Niğde, Siirt, Sivas, Trabzon, Şanlıurfa, Şırnak, Van və Zonquldak hər biri 1 şəhid xəbəri ilə sarsılıb.
Türkiyə Silahlı Qüvvələrinin bölgələrdə həyata keçirdiyi əməliyyatlarda 59 terrorçu öldürülüb, 10 terrorçu sağ ələ keçirilib. Silahlı Qüvvələrin hava əməliyyatları zamanı 390 terrorçu zərərsizləşdirilib, 150-si ağır olmaqla 400 terrorçu yaralanıb. PKK-nın ayrı-ayrı bölgələr üzrə mövqeləri məhv edilib. Terror təşkilatının 4 lideri öldürülüb. Öldürülən terrorçulardan 30-u qadın olub.
Bir neçə gündür Türkiyədə PKK-ya yaxınlığı ilə tanınan və dövlətə tabe olmadığını bəyan edərək “müstəqilliyini” elan edən bələdiyyə sədrlərinə qarşı əməliyyat həyata keçirilir. Dünən əməliyyat çərçivəsində Hakkari bələdiyyəsinin bir neçə məsul şəxsi həbs olunub. Həbs olunanların arasında bələdiyyə sədri Dilek Hatipoğlu da var. O, Konstitusion quruluşu pozmaqda ittiham olunur. Bir gün əvvəl isə Türkiyənin Diyarbakır vilayətində Sur bələdiyyəsinin həmsədrləri Seyid Narin və Fatma Barut, Silvan bələdiyyəsinin həmsədrləri Yüksel Bodakçı və Məlikşah Teke, həmçinin Sur icra hakimiyyətinin yetkilisi Ali Rza Çiçək həbs olunmuşdu.
Həbs olunanların hamısı PKK-ya yaxınlığı ilə tanınan Demokratik Bölgələr Partiyasının (DBP) üzvləridir.
DBP bir neçə vilayətin “müstəqilliyini” elan edib. Partiyaÿbəyan edib ki,ÿvalilik, məhkəmə, prokurorluq, polis kimi yerli qurumların legitimliyini tanımırÿvə bu səbəbdən öz paralel strukturlarını yaradır. PKK-nın siyasi qanadı həmçinin xalqın özünümüdafiəyə başlayacağını bildiribÿvə üsyana hazırlıq əmri verib.
Gültəkin