Ona güc tətbiq etmək, yazmaq istəmədiyi əfv müraciətini təzyiqlə yazdırmaq cəhdi ləyaqətsiz hərəkətlərdir
Sağ olsunlar azad, demokratik ruhlu jurnalistlərimiz. Onlar bu gün toplanıb gediblər 2 saylı cəzaçəkmə müəssisəsinə, İlqar Məmmədovun vəziyyəti ilə bağlı müəssisə rəhbərliyindən məlumat alıblar. Müəssisə rəhbərliyi iddia edib ki, İlqar bəyin həyatına hər hansı təhlükə yoxdur. Başqa nə deyəcəkdilər ki? Amma əsas odur ki, jurnalist dostlarımız bütövlükdə cəmiyyətin İlqar bəylə bağlı narahatlığını və ona dəstəyini ifadə ediblər.
Rejim bilməlidir ki, İlqar Məmmədovun həyatına görə məsuliyyət daşıyır. İlqar Məmmədov savadlı, iradəli, perspektivli bir siyasətçidir. Ona həbsxana şəraitində fiziki güc tətbiq etmək, yazmaq istəmədiyi əfv müraciətini təzyiqlə yazdırmaq cəhdi ləyaqətsiz hərəkətlərdir və rejim rəhbərlərini daha da gözdən salır. Görün nə gündəsiniz?!