Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda şübhəli bilinən və İŞİD-lə əlaqəli olan 14 nəfəri öldürüblər.
36 saat ərzində iki əməliyyat keçirilib. Bu barədə Rusiyanın Terrorla Mübarizə Komitəsi avqustun 3-də məlumat yayıb.
Bildirilir ki, 6 nəfər Rusiyanın Kabardino-Balkaria regionundakı Nalçik şəhərində, 8 nəfər isə İnquşetiyadakı öldürülüb. Milli Antiterror Komitəsinin məlumatına görə, qətlə yetirilən yaraqlılar İŞİD-ə sədaqət andı içmişdi.
azadlıq.info