London polisi Aleksandr Litvinenkonun ölümündə Rusiya hakimiyyətinin əlinin olduğunu açıqlayıb. Bu barədə Bloomberg məlumat verib.
Məlumatda deyilir ki, Rusya rəhbərliyi hər hansı formada FTX-nin keçmiş əməkdaşının ölümündə günahkardır.
Skotland-Yardı təmsil edən hüquqşunas Riçard Xorvell bildirib ki, Rusiya hökuməti Litvinenkonun ölümünü arzulayıb və buna artıq şübhə yoxdur.
Xorvell Andrey Luqovoy və Dmitri Kovtunu adi qatil adlandırıb. Onun sözlərinə görə, bu iki şəxsi Böyük Britaniyada mühakimə etmək lazımdır. «Belə məhkəmənin ehtimalı azdır. Ona görə də biz artıq susmamalıyıq», – deyə o bildirib.
London məhkəməsində də Litvinenkonun qətli ilə bağlı dinləmə davam etdirilib. İyulun 30-da London polisinin nümayəndəsi, iyulun 31-də isə Litvinenko ailəsinin vəkili Ben Emmerson və istintaqın nümayəndəsi Robin Tam çıxış edib.
Vəkil bildirib ki, Litvinenkonun qətlində şübhəli bilinən Andrey Luqovoy və Dmitri Kovtunun Litvinenkonun qatili olmasında artıq heç bir şübhə yoxdur. Lakin onların arxasında Kreml dayandığından səylər heç bir nəticə verməyib.
Fizzə