Moskva və Ankara «Türk axını» ilə bağlı danışıqları dayandırıb. Bu barədə Türkiyə mənbələrinə istinadən Reuters məlumat yayıb. Br qədər əvvəl isə Rusiyanın energetika nazri Aleksandr Novak tikintinin bir qədər ləngiyə biləcəyini demişdi.
Qaz kəmərinin tikintisinə dair danışıqların dayandırılmasının iki səbəb göstərilir.
Birinci maneə Rusiya qazının Ankaraya endirilmə satılacağına dair əsas razılaşmanın olmamasıdır.
Söhbət 29-30 mlrd kub metr həcmində qaza 10,25% endirimdən gedir. Belə ki, «Qazprom» və Türkiyənin Botaş şirkəti endirimlə bağlı razılığa gələ bilməyib. Rusiya tərəfi onun müqavilə qiymətinə, Botaş isə baza qiymətinə tətbiq edilməsini istəyirdi.
Digər səbəb isə odur ki, Rusiya ümumi gücü 63 mlrd kub metr olan kəmərin dörd qolunun, Ankara isə özünə laxım olan bir qolun tikintisi istəyir.
Fizzə