«Kürd xalqına qarşı müсadiləni İŞİD-lə müсadiləyə qatmayın!»
Türkiyə hərbi təyyarələrinin Şimali İraqda PKK-ya məxsus düşərgələrdə keçirdiyi əməliyyatla bağlı HDP-dən açıqlama gəlib. HDP bəyan edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın kürd xalqına qarşı mücadiləni İŞİD-lə mücadiləyə qatması əsla qəbul edilə bilməz. Kürdyönümlü partiya hesab edir ki, hərbi hücumlar və bombardman, həmçinin həbsetmə əməliyyatı dərhal durdurulmalıdır: «Müzakirə ilə çözə bilməyəcəyimiz problemimiz yoxdur. İndi barış mücadiləsinə sahib çıxmaq zamanıdır. Türkiyənin demokratiya və barış güclərinə, vicdanı və məsuliyyəti olan hər kəsə bir daha çağırış edirik. Susmaq və gözləmək günü deyil».
HDP-nin fikrincə, iyulun 24-dən Türkiyə sonu bilinməyən qeyri-müəyyən bir mərhələyə qədəm qoyub: «Az qala, bütün şəhərlərdə HDP üzvlərinin həbsi, Kürdüstan Federal Bölgəsinə yönəlik bombardman, İstanbulda «Böyük barış» mitinqinə qadağa qoyulması, müxtəlif qurumlara polis basqınları qarşıdakı günlərin Türkiyə toplumu üçün olduqca sıxıntılı keçəcəyini göstərir».
Gültəkin