ABŞ-ın Türkiyədəki səfiri Con Bass Pensilvaniyada yaşayan Fətullah Gülənin Ankaraya təhvil verilməsi məsələsinə münasibət bildirib. Səfir qeyd edib ki, proses qanun çərçivəsində, ədalətli və dəqiq şəkildə həyata keçiriləcək: «ABŞ hökuməti bu ölkədə yaşayan xarici vətəndaşların təhvil verilməsi və ya deportasiyası məsələləri ilə bağlı şərh vermir. Bu cür məsələlərlə dövlətin üç fərqli qurumu məşğul olur. Hələlik yalnız onu deyə bilərəm ki, proses proses qanun çərçivəsində, ədadətli və dəqiq şəkildə həyata keçiriləcək». Con Bass rəsmi tələbin olacağı təqdirdə, işin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağını deyib.
Gültəkin