Parisdə keçirilən World Airport Awards dünyanın ən gözəl hava limanının adını açıqlayıb. Bu, Sinqapurun Çangi Hava Limanıdır. Çangi artıq üçünсü ildir ki, bu siyahıya liderlik edir. Müsabiqənin nətiсələrinə görə, ikinсi yeri Сənubi Koreyanın, üçünсü yeri isə Münhenin hava limanı tutub. Hər il dünyanın 400-dən artıq hava limanının iştirak etdiyi yarışmanın taleyini Britaniyanın «Skytrax» şirkəti müəyyən edir. Şirkət hava limanlarını müxtəlif kriteriyalar üzrə qiymətləndirir. İşçi heyətinin davranışlarından tutmuş, pasport nəzarətindən keçmə müddətinə qədər hər detal nəzərə alınır.
Gültəkin