Avropa Birliyi Krımı Rusiyanın tərkib hissəsi kimi tanımadı. Bu barədə Brüssel sammitinin qəbul etdiyi yekun sənəddə deyilir. Qurum Krımın Ukrayna ərazisi olduğunu, Rusiyanın onu ilhaq etdiyini düşünür: «Avropa Birliyi Krımı Rusiya ərazisi kimi tanımır və Rusiyanın Krımla, Sevastopolu ilhaqını qınamaqda davam edir. Biz bu “tanımama”siyasətimizi davam etdirəcəyik». AB liderləri onu da qərara alıblar ki, beynəlxalq donorlarla birgə Ukraynadakı islahatları dəstəkləməkdə davam edəcəklər. Qurum Ukraynaya maliyyə yardımının üçüncü mərhələsinə keçid barədə də qərar verib.
Gültəkin