Bir qrup silahlı şəxs OPEK (Neft İxrac edən Ölkələr Birliyi) prezidenti Deziane Alison-Maduekenin qardaşı Jozef Aqamanı oğurlayıb. Hadisə Nigeriyanın Yenaqoa şəhərində baş verib. Fakt üzrə təhqiqat başladılıb. Hələlik Nigeriyadakı silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Yerli sakinlərin dediyinə görə, Nigeriyada pul müqabilində bu cür oğurluqlar çox olur. Oğurlananların isə əksəriyyəti tanınmış məmurlar və siyasətçilərin yaxınlarıdır. Alison-Madueke OPEK prezidentliyi postuna bu il yanvarın 1-də gətirilib. O, qurumun tarixi ərzində ilk qadın rəhbərdir.
Gültəkin