Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov damarlarını kəsdikdən sonra Ədliyyə Nazirliyinin tibb müəssisəinə yerləşdirilib. Xasməmmədovun doğmalarının Turan-a verdiyi məlumata görə, 10 gün əvvəl o, Gəncə İstintaq Təcridxanasında cinayət işinin saxtalaşdırılmasına qarşı etiraz əlaməti olaraq aclığa başlayıb. Bazar günü o, həbsxanada damarlarını kəsib və Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülüb. Bundan əvvəl, 10 gün ərzində ona doğmaları ilə telefonla danışmağa imkan verməyiblər və yalnız dünən o, baş verənlər barədə doğmalarına məlumat verə bilib. Hazırda müstəntiq icazə vermədiyi üçün doğmaları Xasməmmədovla görüşə bilmir. T.Xasməmmədov fevralın 24-də xuliqanlıq ittihamı ilə həbs edilib. Penitensiar Xidmətdən şərh verməkdən imtina ediblər, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən isə şərh almaq mümkün olmayıb. Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əvf olunub.