«Azərkörpü»nün yüzlərlə əməkdaşı işini itirib; hakim ailəyə yaxın tikinti şirkətləri də sıxıntı içindədir
Neftin ucuzlaşmasından sonra dövlət qurumlarında başlayan ixtisar prosesi davam edir.
Dünən redaksiyamıza daxil olan məlumata görə, “Bakı Metropoliteni”, “Azərenerji” və digər qurumlardan sonra “Azərkörpü”də də ixtisarlara start verilib. Məlumatda deyilir ki, yüzlərlə işçi ixtisara salınıb. Həmçinin bəlli olub ki, bütün layihələr dayandırılıb. Bundan başqa dünən aldığımız məlumata görə, hakim ailəyə yaxın tikinti şirkətləri də sıxıntı içindədir.
Məlumatda deyilir ki, həmin şirkətlər bütün layihələrə ara verib. Işçilərlə bağlı vəziyyət isə hələ qeyri-müəyyəndir. Ehtimal olunur ki, şirkətlərdə çalışanlar yaxın günlərdə ixtisar olunacaq.