Qərblə Rusiya arasındakı gərginlik media sektoruna da ciddi sirayət edib. Ona görə də Avropa Birliyi ölkələri, Rusiya televiziyalarına alternativ bir kanal yaratmaq üçün hazırlıqlara başlayıb. NTV-nin xəbərinə görə, rusca yayımlanacaq kanalın məqsədi, Putin rəhbərliyinin media üzərindən icra etdiyi təbliğatın qarşısını almaqdır. Artıq aralarında İngiltərə və Polşanın da olduğu 15 Avropa Birliyi ölkəsi, layihəyə dəstək verib.Kanalın əsas hədəfinin isə əhalisinin əhəmiyyətli hissəsi rusca danışan Estoniya və Latviya olacaq. ABŞ və Avropa Birliyi ölkələrinin Putin hakimiyyətinin 2009-cu ildə media üzərində nəzarəti artırmasının ardından bu fikrə düşdükləri bildirilsə də, son hadisələr bunun zərurilyinini ortaya çıxarıb.