İngiltərə hökuməti, ölkədə çalışan türk vətəndaşlarının Ankara müqaviləsi çərçivəsində sahib olduğu sosial yardım haqqlarını məhdudlaşdırmaq üçün Avropa Ədalət Məhkəməsində qaldırdığı iddinaı uduzub.
Daily Mail xəbər verir ki, məhkəmə qərarı, İngiltərədə qanuni olaraq çalışan türk vətəndaşları da Avropa Birliyi (AB) ölkələri vətəndaşları kimi dövlətin təqdim etdiyi sosial yardım və pensiya haqqlarından istifadə etməkdə davam edəcəklər.
Xatırladaq ki, İngiltərədə çalışan türk işçilər, 1963-ci il tarixli Ankara müqaviləsi çərçivəsində həm özləri, həm də ailələri üçün dövlətdən yardım almaq hüququna malik idilər. Müqavilə, türk işçilərə İngiltərədə təqaüdə çıxdıqdan sonra Türkiyəyə geri döndükləri halda belə, pensiya və maaşlarını öz ölkələrində almasını təmin edir.