Onun səhhətilə bağlı Almaniyada olduğu bildirilir
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Almaniyaya müalicəyə gedib. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, Ramiz Mehdiyevin səhhətində problem yaranıb və o, təxminən bir həftə əvvəl Almaniyaya aparılıb. PA rəhbəri ilə bağlı bir müddət əvvəl də oxşar məlumat yayılmışdı. Lakin o zaman Prezident Administrasiyası məlumatı təkzib etdi. Ramiz Mehdiyevin iş başında olduğu bildirildi.
Qeyd edək ki, Ramiz Mehdiyev mərhum Heydər Əliyevin anım mərasimində iştirak etməmişdi. Onun hansı səbəbdən mərasimə qatılmadığı barədə heç bir məlumat verilməmişdi.
Hər bir halda məlumatı dəqiqləşdirmək üçün Prezident Administrasiyası ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan xəbərlə bağlı mövqe öyrənmək mümkün olmadı.