Dekabrın 16-da Türkiyənin CNN TÜRK kanalında canlı yayımlanan “Ne oluyor” verilişinin qonağı olan jurnalist Mustafa Akyol, Azərbaycan prezidentini "dictator" adlnadırıb. Belə ki, o, gündəmlə əlaqəli mövzuların müzakirəsi zamanı Azərbaycandakı türk məktəblərinin bağlanmasına da toxunub. Mustafa Akyol: “Hökumət gedib Azərbaycandakı türk məktəblərini bağlamaq üçün oradakı diktatorla iş görürsə, ona qarşıyam”.