Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda İtaliyanın “İnter” klubu ilə qarşılaşıb. “İnter” qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün son qarşılaşma həlledici idi.
Ağdam klubu qələbə qazanacağı təqdirdə “pley-off”a yüksələcəkdi. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi.
Lakin Ağdam klubu qələbə qazana bilmədi. Oyun 0-0 hesabı ilə başa çatdı. “Dnepr” – “Sent Etyen” oyununda meydan sahiblərinin 1-0 hesablı qələbəsi Ukrayna klubunu növbəti mərhələyə yüksəltdi.