Mayın 20-də İran hüquq-mühafizə orqanlarının əməkdaşları Prezident Administrasiyasının əməkdaşı Kazım Kiapaşini həbs ediblər. Bu barədə “Guardian” xəbər yayıb.
K.Kiapaşi prezident admanistrasiyasında kadr işlərinə nəzarət edirdi. Əhmədinejatın bütün müşavirlərini o, şəxsən seçirdi. Onu adminstrasiyanın rəhbəri Esfendiyar rahim Məşainin sağ əli adlandırırdılar, Məşai isə öz növbəsində prezidentin varisi hesab olunur.
Kipiaşinin həbsinin səbəbləri barədə açıqlama verilmir.
Bunu son vaxtlar İranda Əhmədinejatla ölkənin dini lideri Əli Xamneyi arasında mübarizənin gərginləşməsi ilə əlaqələndirirlər.