ARDNŞ neft meydançasında baş verən qəza ilə bağlı növbəti məlumat yayıb.
Məlumatda bildirilir ki, N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlımışdır. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.
***
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft quyuları olan meydançada baş verən yanğınla əlaqədar açıqlama yayıb.
Açıqlamaya görə, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşmüş və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib.
Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar.
ARDNŞ hadisənin səbəblərinin araşdırıldığını, əlavə məlumat veriləcəyini bildirib.
***
Qaradağda yerləşən Nərimanov adınıa Neft və Qazçıxarma İdarəsində dəhşətli qəza baş verdiyi haqda məlumat daxil olub. Azadliq.info-ya daxil olan məlumata görə, quyular olan 441 saylı meydançada partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir.
İdarə ARDNŞ-in Azneft İB strukturuna daxildir və dənizdə neft çıxarır.
Məlumatda deyilir ki, hazırda xilasemə işləri aparılır.
Hadisənin səbəbi, ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.