Mirqasım İsayev təsadüfün, yoxsa sui-qəsdin qurbanı oldu?
Rusiyada yaşayan azərbaycanlı boksçu, dünya çempionu Mirqasım İsayev sentyabrın 15-də yol-nəqliyyat qəzasında həlak olub.
Yaxınlarından “azadliq.info”ya daxil olan məlumata görə, M.İsayev qəzaya düşdüyü vaxt ermənilərlə mübahisəsi düşmüş bir nəfər azərbaycanlının köməyinə tələsirmiş. Bu baxımdan onun sui-qəsd qurbanı ola biləcəyi də istisna deyil. Lakin rəsmi məlumatda M.İsayevin avtomobilini işıqforda dayandığı vaxt arxadan başqa bir avtomobilin vurduğu və qəza nəticəsində onun dünyasını dəyişdiyi deyilir.
27 yaşlı M.İsayev təxminən 8 ildir Rusiyada yaşayırmış. Məskunlaşdığı Kaluqa şəhərində böyük nüfuzu olub. O, Rusiya Azərbaycanlı Gənclərinin Təşkilatı (AMOR) Kaluqa şəhər şöbəsinin yaradılarından biri, məşqçi, eyni zamanda “AMOR-Kaluqa” futbol komandasının qapıçısı imiş.
M.İsayevlə vida mərasimi Kaluqada sentyabrın 17-də keçirilib. Vida mərasimi 2 saata yaxın davam edib. Kaluqa küçələrinə mərhumun şəkilləri düzülüb.
Mərhumun nəşi artıq Azərbaqycana gətirilib və doğma yurdunda – İmişlinin Çahar kəndində dəfn edilib.
M.İsayev ailəli olub, 2 övladı var.
Allah rəhmət eləsin.
Qəzanın fotoları: