Fransa arxivlərində 1947-ci ilə aid sənədli film tapıblar. Filmdə bu gün artıq reallığa çevrilmiş smartfonların, planşetlərin, GPS-lərin kəşf ediləcəyi barədə proqnoz verilir.
Bu o dövr idi ki, televizorun özü yeni kəşf edilmişdi. Filmdə deyilir ki, vaxt gələcək, insanların qəzet almasına ehtiyac qalmayacaq, çünki onlar xəbərləri cibə yerləşən balaca bir qurğuda oxuya biləcəklər.
Nəqliyyatda Wi-Fi, 3D filmlər, internetlə fahişə sifarişi və sairin də proqnozu verilir. Bu film 60 il arxiv rəflərində yatıb. Təsadüfən tapılıb. Heç onu kimin çəkdiyi də bilinmir. (azadliq.org)